14 ölkə Qərbi Sahildəki yeni yaşayış məntəqələrinin inşasını pislədi
Fərqli baxış xəbər verir ki, Fransa, Britaniya və Almaniyanın daxil olduğu 14 ölkə İsrailin Qərbi Sahildə yeni qanunsuz yaşayış məntəqələri yaratmaq qərarını pislədi.
·Çərşənbə günü Fransa Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan birgə bəyanatda deyilir:
“Biz, Belçika, Kanada, Danimarka, Fransa, Almaniya, İtaliya, İslandiya, İrlandiya, Yaponiya, Malta, Hollandiya, Norveç, İspaniya və Britaniya ölkələri olaraq, İsrailin Təhlükəsizlik Kabinetinin işğal altındakı Qərbi Sahildə 19 yeni yaşayış məntəqəsinin inşasını təsdiq etməsini pisləyirik.”
Fərqli baxış

