Kateqoriyasız

Vaşinqton Post qəzetinin Qəzzədə fəlakətin davamı ilə bağlı hesabatı: Qış, müharibədən daha çətindir

hajiinfo

“Vaşinqton Post”un Qəzzədə fəlakətin davamı ilə bağlı hesabatı: Qış, müharibədən daha çətindir

Amerikanın “Vaşinqton Post” qəzeti, Qəzzənin ağır vəziyyətini araşdıraraq qeyd edib ki, atəşkəsin bərpa olunmasına baxmayaraq, bu bölgənin sakinləri yeni bir qışın ağrıları ilə mübarizə aparırlar.

Qəzetin məlumatına görə, Qəzzədə ərzaq böhranı və həyat şəraitinin ağırlaşması hələ də davam edir. Bu zaman, bu ərazinin səhiyyə və müalicə sistemi geniş ziyanlardan ötəri, sakinlərin ən minimum həyati ehtiyaclarına belə cavab verə bilmir.

Vaşinqton Post, beynəlxalq mütəxəssislərdən ibarət bir komitəyə istinadən yazır: “Qəzzə əhalisinin təxminən üçdə biri kəskin ərzaq təhlükəsizliyi böhranından əziyyət çəkir.”

Hesabatda daha sonra bildirilir ki, son qış fırtınaları onlarla fələstinlinin həyatına son qoyarkən, işğalçı rejimin humanitar yardımların daxil olmasına maneə törətməsi, qaçqınlar və Qəzzə sakinləri üçün vəziyyəti dözülməz edib. Yanacaq, istilik cihazları və kifayət qədər ərzağa çıxışın olmaması, sərt soyuqla birlikdə, minlərlə insanın həyatını ciddi təhlükə altına alıb.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha