Kateqoriyasız

İbri mediası: HƏMAS Qəzzədə nəzarəti yenidən bərpa edib və güclənib

hajiinfo

İbri mediası: HƏMAS Qəzzədə nəzarəti yenidən bərpa edib və güclənib

İbri dilində yayımlanan Kanal 12 Qəzzə zolağındakı mənbələrə istinadla xəbər verir ki, Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) oktyabrda başlayan atəşkəsdən sonra bölgədə mövcudluğunu tədricən möhkəmləndirib və hazırda yenidən əsas dominant gücə çevrilib.

Məlumata görə, HƏMAS Qəzzə üzərində nəzarəti yenidən ələ alıb və məscidlər vasitəsilə gənc qüvvələrin cəlbi və təşkilatlanması ilə məşğul olur ki, bu da hərəkatın getdikcə daha da güclənməsinə səbəb olub.

Mənbələr vurğulayır: «Şübhəsiz ki, HƏMAS son dövrlər Qəzzə zolağında xeyli güclənib və onun sahədəki nüfuzu və hakimiyyəti (xüsusilə sarı xəttdən kənar ərazilərdə) artıb».

Bu hesabat, sionist rejimin Qəzzədəki hərbi əməliyyatlarını «HƏMAS-ı zəiflətmək» məqsədi ilə apardığını dəfələrlə iddia etdiyi bir vaxtda yayılıb. Halbuki israilli mənbələrin etirafları atəşkəsdən qısa müddət sonra hərəkatın strukturlarının yenidən bərpa olunduğunu göstərir.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha