İkinci Beynəlxalq Yekaterin Forumu keçirilib


20 Dekabrda Moskvada İkinci Beynəlxalq Yekaterin Forumu keçirildi. Fərqli Baxış xəbər verir ki, forumun təntənəli açılışından sonra Rusiya Federasiyası Prezident Administrasiyasının müdir müavini Maqomedsalam Maqomedov çıxış edərək Vladimir Putinin forum iştirakçılarına məktubunu oxuyub.


Forumda aşağıdakı mövzular müzakirə olunur:
1. Rusiya imkanlar məkanı.
“Dəyərləri qoruyaraq – gələcəyi qururuq”
2. Humanitar miqrantlar.
3. Rusiya cazibə mərkəzi kimi: yüksək ixtisaslı xarici mütəxəssislər üçün yeni imkanlar.
4. Beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsi.
5. “Xidmət. Xaricilər Rusiya dövlətinin xidmətində”.


İkinci Yekaterinanın 300 illiyinə həsr olunmuş tədbirin planında təkliflərin formalaşması üçün dəyirmi masa da təsis edilib.
6. Rusiya xalqlarının birliyi: Tarixi təcrübədən bu günün təcrübələrinə gədər.
7. Rusiyanın media obrazı.
Forumda dövlət orqanlarının, milli-ictimai birliklərin və KİV-rin nümayəndələri iştirak ediblər. Forumunun təşkilatçıları sırasında Rusiya Xalqlarının Assambleyasının Ümümi Rusiya Dövlət-İctimai təşkilatı, Rusiya Almanlarnın Federal Milli-mənəvi muxtariyyəti, Rusiya Xalqlarının işləri üzrə Federal agentlik vardır. Forumda yerli azərbaycanlıları Moskva Şiələrin Dini Təşkilatının sədri Hacı Famil Cəfərov təmsil edir.
Fərqli baxış

