Beynəlxalq Əfv Təşkilatı İsrailə gedən silahları daşıyan gəminin saxlanılmasını tələb etdi
Fərqli baxış xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı təxminən 440 ton sursat və hərbi avadanlığı İsrailə daşıyan bir Alman şirkətinə aid olan “Holger J” gəmisini dayandırmaq üçün təcili tədbirlərin görülməsini tələb etdi.
Beynalxalq Əfv Təşkilatı bəyanatında bildirib ki, Portuqaliya bayrağı altında olan bu gəmi keçən il noyabr ayının ortalarında Hindistandan yola çıxıb və partlayıcı sursat komponentləri, raketlər və hərbi məqsədli xüsusi polad daşıyır.
Təşkilatın sözlərinə görə, qeyd olunan yük İsrail müdafiə sənayesi şirkətləri olan Elbit Systems və IMI Systems-a məxsusdur.
Fərqli baxış

