İran

İran ABŞ-ın Venesuelaya qarşı qanunsuz tədbirlərini pislədi

hajiinfo

İran ABŞ-ın Venesuelaya qarşı qanunsuz tədbirlərini pislədi

Fərqli baxış xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bildirib: “ABŞ-ın Venesuelaya qarşı, xüsusilə dəniz mühasirəsi ilə hədələmək və ölkənin qanuni neft ixracına mane olmaq təhdidi daxil olmaqla, təhdidamiz ifadə və tədbirlərini şiddətlə pisləyirik.

Bu mövqelər və tədbirlər, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, xüsusən gəmiçilik azadlığı, dəniz təhlükəsizliyi və beynəlxalq ticarət azadlığının kobud pozulması sayılan, zorakılığa və sistemli zorakılığa əsaslanan siyasətin açıq təzahürləridir.

Heç bir gücün Venesuelanın daxili işlərinə müdaxilə etmək hüququ yoxdur və bu ölkə BMT Nizamnaməsinin fundamental prinsiplərinə uyğun olaraq hər hansı xarici təhdid və təcavüz qarşısında özünü müdafiə etmək hüququna malikdir.”

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha