Bəqayi işğalçı sionist rejimin işğal altındakı Fələstində davam edən cinayətlərini pislədi
Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Qəzzə zolağında davamlı bombardmanlar və humanitar yardımların girişinə maneə yaradılması yolu ilə fələstinlilərə qarşı qətl və soyqırımın davam etdiyini vurğulayaraq, bu cinayətlərin dayandırılması və müharibə ilə soyqırım cinayətlərini törədənlərin mühakimə olunması üçün beynəlxalq ictimaiyyətin və BMT-nin təcili və təsirli addımlar atmaq məsuliyyətini xatırladıb.
XİN sözçüsü həmçinin BMT Baş Assambleyasının Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyinə dair son qətnaməsinə işarə edərək, 1949-cu il Cenevrə Konvensiyalarının birinci maddəsinin təkrarına əsasən bütün dövlətlərin beynəlxalq humanitar hüquq normalarının icrasını təmin etmək öhdəliyini vurğuladığını qeyd edib. O, sionist rejim tərəfindən beynəlxalq humanitar hüququn dəfələrlə və kobud şəkildə pozulmasını, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırım törədilməsini sərt şəkildə pisləyib və bu rejimin cəzasızlığına son qoyulmasının zəruriliyini vurğulayıb.
Fərqli Baxış

