Almaniya ictimaiyyəti ABŞ-nin Avropa ölkələrinin siyasətinə müdaxiləsinə qarşıdır
Fərqli Baxış xəbər verir ki, siyasi rəy ölçümü üzrə fəaliyyət göstərən Vahlen tədqiqat qrupu tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, almanların əksəriyyəti ABŞ-nin Avropa ölkələrinin siyasətinə daha çox müdaxilə etməsinə qarşı çıxır.
Sorğu nəticələrinə görə, respondentlərin 90 faizi ABŞ hökumətinin müdaxiləsini artırmaq niyyətini qəbuledilməz hesab edib, yalnız səkkiz faiz bu yanaşmanı dəstəkləyib. Eyni zamanda, iştirakçıların 84 faizi Donald Trampın prezidentliyi dövründə ABŞ-ni Avropanın təhlükəsizliyi baxımından etibarlı tərəfdaş kimi görmədiklərini bildirib.
Məlumatda qeyd olunur ki, 2020-ci ilin iyun ayında, Trampın ilk prezidentlik dövründə keçirilən oxşar sorğuda iştirakçıların 89 faizi bu mövzuda müsbət mövqe ifadə etmişdi.
Fərqli Baxış

