Kateqoriyasız

Kral Çarlz xərçəng müalicəsinin azaldılacağını açıqladı

hajiinfo

Kral Çarlz xərçəng müalicəsinin azaldılacağını açıqladı

Britaniya kralı III Çarlz xərçənglə bağlı müalicəsinin 2026-cı ildən etibarən azaldılacağını bildirib. 77 yaşlı monarx bu qərarın erkən diaqnoz, effektiv tibbi müdaxilə və həkim göstərişlərinə ciddi əməl olunması nəticəsində mümkün olduğunu deyib.

Kral Çarlz Klarens Hausdan yayımlanan televiziya müraciətində bildirib ki, bu mərhələ onun üçün həm şəxsi bir nemət, həm də son illərdə xərçəngin müalicəsində əldə olunan mühüm irəliləyişlərin göstəricisidir. Onun sözlərinə görə, bu nailiyyət həyatlarının hansısa mərhələsində bu xəstəliklə üzləşəcək insanların təxminən 50 faizi üçün ümidverici mesaj ola bilər.

Monarx bütün britaniyalıları xərçəng müayinələrindən vaxtında keçməyə çağıraraq, erkən aşkarlanmanın ona “tam və aktiv həyat sürməyə davam etməyə imkan verdiyini” vurğulayıb.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha