Kateqoriyasız

8 Ərəb və İslam ölkəsi “İsrail”in UNRWA baş qərargahına basqınıını pislədi

hajiinfo

8 Ərəb və İslam ölkəsi “İsrail”in UNRWA baş qərargahına basqınıını pislədi

Fərqli baxış xəbər verir ki, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Misirin xarici işlər nazirləri bu cümə günü birgə bəyanat yayaraq, Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım və İş Agentliyinin (UNRWA) Fələstin qaçqınlarının hüquqlarının qorunması və onların işlərinin idarə edilməsindəki həyati və əvəzolunmaz rolunu vurğuladılar.

Nazirlər bəyanatlarında qeyd etdilər ki, UNRWA onilliklər boyu beynəlxalq ictimaiyyətin ona tapşırdığı unikal missiyanı yerinə yetirir; bu missiya 1949-cu ildə qəbul edilmiş BMT Baş Assambleyasının 302 saylı qətnaməsinə uyğun olaraq, öz əməliyyat bölgələrindəki milyonlarla Fələstin qaçqınına təhsil, səhiyyə, sosial və təcili yardım xidmətlərinin göstərilməsi də daxil olmaqla qaçqınların dəstəklənməsini əhatə edir.

Qeyd olunan ölkələrin nazirləri İsrail qüvvələrinin UNRWA agentliyinin Şeyx Cərah məhəlləsindəki (Qüdsdə) baş qərargahına etdiyi basqını şiddətlə pislədilər. Onlar bu hərəkəti “beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının mərkəzlərinin toxunulmazlığının aşkar pozulması” adlandırdılar ki, bu da “qəbuledilməz və gərginliyi artıran bir hərəkət” sayılır.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha