Amerika senatoru: Şirin Əbu Aqilənin qətlinə görə heç kim cavabdeh olmamışdır
Merilend ştatından olan demokrat senator Kris Van Hollen bu gün (cümə axşamı) Şirin Əbu Akilə – Əl-Cəzirə telekanalının tanınmış fələstinli-amerikalı veteran jurnalistinin qətl işi ilə bağlı mövcud vəziyyətdən təəssüfləndiyini bildirərək, bu günə qədər bu cinayətə görə heç kimin məsuliyyətə cəlb edilmədiyini açıqlayıb.
O deyib: “Netanyahunun ifratçı kabineti mülki şəxslərə qarşı zorakı hərəkətlərini davam etdirir, heç kim də onları sorğu-suala çəkmir. Amerika hökuməti – istər Bayden, istərsə də Tramp dövründə – jurnalistlərə hücumda məsuliyyət daşıyır. ABŞ hökuməti xaricdə yaşayan amerikalıların təhlükəsizliyini prioritet hesab etdiyini iddia edir, lakin onların təhlükəsizliyini təmin etməkdə uğursuzluğa düçar olur”.
Fərqli Baxış

