HƏMAS Boliviyanın İsrail rejimi ilə əlaqələri bərpa etməsini şiddətlə qınadı
Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) bu gün (cümə axşamı) bəyanat yayaraq, Boliviya hökumətinin 14 ildən sonra sionist cinayətkar rejimlə diplomatik əlaqələri bərpa etmək qərarını şiddətlə pisləyib.
HƏMAS bəyanatında Boliviya hökumətinin əvvəlki hökumətin “şərəfli addımı”ndan – yəni işğalçı rejimin Qəzzə zolağında Fələstin xalqına qarşı soyqırım törətməsindən sonra bu rejimlə əlaqələri kəsməsindən – geri çəkilməsini tənqid edib.
Hərəkat Boliviya hökumətindən “işğalçı və müharibə cinayətkarı Netanyahu rejiminin ağartmaqda şərik olmamağı” və Fələstin xalqının ədalətli davasına, azadlıq və müstəqillik uğrunda qanuni mübarizəsinə tarixi dəstəyini davam etdirməyi tələb edib.
Bəyanatın sonunda HƏMAS bir daha bütün ölkələrdən və təşkilatlardan “sionist rejimi təcrid etməyə, Fələstin xalqına qarşı törətdiyi cinayətlərə və beynəlxalq qanunları, insanlıq dəyərlərini kobud şəkildə pozmasına görə cavabdeh tutmağa” davam etmələrini istəyib.
Fərqli Baxış

