“Ermənistanda TRIPP Company qeydiyyatdan keçiriləcək”
Fərqli baxış xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Berlində çıxışı zamanı bildirib ki, “ Tramp Marşurutu” layihəsinin icrası üçün ölkədə “TRIPP Company” adlı birgə erməni-amerikan şirkəti qeydiyyatdan keçiriləcək.
Onun sözlərinə görə, yeni şirkət dəmir yolu və avtomobil yolları, neft və qaz kəmərləri, həmçinin optik-fiber kabel infrastrukturlarının inkişafı hüququna malik olacaq.
Paşinyan əlavə edib ki, layihənin praktiki icrasına gələn il başlanacaq.
Fərqli baxış

