Kateqoriyasız

Yeməndə “CIA” casusluq şəbəkəsinin üzvlərinin məhkəməsi başladı

hajiinfo

Yeməndə “CIA” casusluq şəbəkəsinin üzvlərinin məhkəməsi başladı

Fərqli baxış xəbər verir ki, Yemənin paytaxtı Sənada Amerikanın “CİA” kəşfiyyat təşkilatına bağlı casusluq şəbəkəsinin üzvlərinin məhkəməsinin ilk iclası keçirilib.

Bu iclas hakim Yəhya əl-Mənsurun sədrliyi ilə prokurorluğun nümayəndələri və bir sıra vəkillərin iştirakı ilə keçirilib. İclas zamanı iddianamə oxunub.

İddianamənin təfərrüatları göstərir ki, ittiham olunanlar 1980-ci illərin sonlarından 2024-cü ilə qədər Yəmən daxilində və xaricində təşkilatlanmış kəşfiyyat fəaliyyətlərinin idarə edilməsində iştirak ediblər və mülki və humanitar layihələrin pərdəsindən istifadə edərək Yəmən ölkəsinin ali mənafeyinə təsir edən həssas hərbi, təhlükəsizlik, siyasi, iqtisadi və sosial məlumatları toplayıblar.

Bu iddianamə həmçinin şəbəkə üzvlərini müxtəlif yerlərdə bəzi elementləri cəlb etməyə cəhd etməkdə, düşmən xarici planların xeyrinə təkliflər və hesabatlar təqdim etməkdə ittiham edib.

Bu şəxslər həmçinin kəşfiyyat nüvələrinin yaradılması və muzdlu agentləri cəlb etmək və idarə etmək üçün mexanizmlər sahəsində təlim almaqda ittiham olunublar.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha