Maduro: Trampla səmimi söhbətimiz oldu
Venesuela Prezidenti Nikolas Maduro, təxminən on gün əvvəl ABŞ Prezidenti Donald Trampla səmimi və hörmətli söhbət etdiyini bildirib.
Maduro, bu telefon zəngini səmimi və qarşılıqlı hörmət əsasında təsvir edilə biləcəyini ifadə edib.
Venesuela Prezidentinin sözlərinə görə, bu əlaqə ilk növbədə Ağ Ev tərəfindən qurulub.
Maduro vurğulayıb ki, bu danışıq iki ölkə arasında dialoq qapısının açılması mənasını daşıyır və əlavə edib ki, Karakas sülh istiqamətində hər hansı danışığı qəbul edir və diplomatiyanı dəstəkləyir.
Venesuela Prezidenti bu əlaqə ilə bağlı daha ətraflı məlumat verməyib və qeyd edib: “Mən mikrafon arxasında diplomatikanı sevmirəm. Əhəmiyyətli məsələlər olduqda, onlar həyata keçənə qədər sakit qalmalıdırlar.”
Fərqli baxış

