BMT: Qəzzədə 16,500-dən çox xəstə müalicə üçün xaricə çıxarılmağa möhtacdır
BMT açıqlayıb ki, 16 min 500-dən çox fələstinli hələ də Qəzzə zolağından kənarda həyat qurtaran tibbi xidmətlərə ehtiyac duyur.
BMT sözçüsü Stefan Dujarrik mətbuat brifinqində bildirib ki, qış yaxınlaşdıqca və Qəzzədə müharibədən əziyyət çəkən əhali üçün vəziyyət ağırlaşdıqca, BMT və onun humanitar tərəfdaşları fasiləsiz şəkildə yardımın genişləndirilməsi üçün çalışırlar.
Onun sözlərinə görə, son həftələrdə ayaqqabı, geyim, yorğan, dəsmal və digər əsas tələbat məhsullarından ibarət minlərlə yardım paketi iki ildir yorucu müharibənin ağırlığını çəkən ailələrə paylanıb. Həmçinin noyabrın sonunda 160 yardım çadırı qurulub ki, bu da minlərlə uşağın psixoloji dəstək və hadisə idarəetməsi xidmətlərinə çıxışını mümkün edib.
Fərqli Baxış

