Kateqoriyasız

Tətüanda Qəzzəyə dəstək; “İsrail”-in davam edən hücumlarına qarşı etiraz aksiyası

hajiinfo

Tətüanda Qəzzəyə dəstək; “İsrail”-in davam edən hücumlarına qarşı etiraz aksiyası

Mərakeşin şimalındakı Tətüan şəhərində bazar ertəsi axşam Fələstin xalqı ilə həmrəylik və sionist rejimin Qəzzə zolağına davam edən hücumlarını pisləmək məqsədilə etiraz aksiyası keçirilib.

Aksiya «Fələstinə Dəstək Mərakeş Cəbhəsi»nin çağırışı ilə təşkil olunub. Onlarla Mərakeş vətəndaşı meydanda toplaşaraq Fələstin müqavimətini dəstəkləyən şüarlar səsləndirib. İştirakçılar «Hamımız fələstinliyik» yazılı plakatlar qaldırıb, «Yaşasın müqavimət, yaşasın Fələstin», «Hər yerdəki azad insanlar… Nə sionist, nə Amerika» kimi şüarlar səsləndiriblər.

Etiraz aksiyasında iştirak edənlər sionist rejimin Qəzzadə atəşkəs razılaşmasını davamlı olaraq pozmasına qəzəblərini ifadə edib, həmçinin bu rejimin Livan və Suriya kimi Ərəb ölkələrinə qarşı hücumlarını qınayıblar.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha