Kateqoriyasız

UNRWA: “İsrail” Qəzzəyə üç ay kifayət edəcək 6 min yardım yük maşınını ələ keçirib

hajiinfo

UNRWA: “İsrail” Qəzzəyə üç ay kifayət edəcək 6 min yardım yük maşınını ələ keçirib

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) bəyan edib ki, sionist işğalçı rejim təqribən 6 min yardım yük maşınını keçid məntəqələrində ələ keçirib. Bu yük maşınları ərzaq və humanitar yardım materialları daşıyırdı və Qəzzənin əsas ehtiyaclarını tam üç ay ərzində qarşılaya bilərdi. Həmin yük maşınlarında 1,3 milyon məcburi köçkün üçün yüz minlərlə çadır və yorğan da var idi.

UNRWA-nın media məsləhətçisi Adnan Əbu Həsnə jurnalistlərə açıqlamasında bildirib ki, döyüşlərin dayandırılmasından əvvəlki dövrə nisbətən Qəzzəyə daxil olan yük maşınlarının sayı rəsmi olaraq artsa da, bu rəqəm iki ildən artıq davam edən müharibə və mühasirə nəticəsində zirvəyə çatan humanitar fəlakətin miqyası və xalqın geniş ehtiyacları ilə heç bir nisbətdə deyil.

Onun sözlərinə görə, işğalçılar hələ də yüzlərlə həyati əhəmiyyətli malın Qəzzayə girişini qadağan edirlər; bunlara tibbi avadanlıqlar, su və kanalizasiya ilə bağlı materiallar, habelə əsas ərzaq məhsulları daxildir.

Əbu Həsnə əlavə edib ki, Qəzzədəkı əhalinin əksəriyyəti alış gücünü demək olar ki, tamamilə itirib və humanitar yardımlara bağlılıq yeganə qalan seçimdir.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha