ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı ilə 1 milyard dollarlıq 2 hərbi müqaviləni təsdiqlədi
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına hərbi helikopterlər üçün ehtiyat hissələri, avadanlıq və təlim dəstəyi satışı ilə bağlı ümumi dəyəri 1 milyard dollar olan 2 müqaviləni təsdiqləyib.
Ağ Ev, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-a son səfəri zamanı yaydığı bəyanatda bildirib: Trump və Bin Salman ABŞ-Səudiyyə Ərəbistanı Strateji Müdafiə Müqaviləsini (SDA) imzalayıblar. Bu, tarixi razılaşmadır və 80 ildən artıq davam edən müdafiə tərəfdaşlığımızı, eləcə də Yaxın Şərqdə çəkindirmə qabiliyyətimizi gücləndirir.
Bəyanatda əlavə edilib: Trump böyük müdafiə paketi təsdiqləyib ki, bu paketə Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələrinin təhvil verilməsi də daxildir. Trump həmçinin Səudiyyə Ərəbistanının təqribən 300 ədəd Amerika tankı almasını nəzərdə tutan razılaşmaya nail olub.
Fərqli Baxış

