Çindən idxalın azalması ABŞ-ın nəqliyyat sektorunu iflic edib
Donald Trampın Çin məhsullarına tətbiq etdiyi gömrük rüsumları səbəbindən ABŞ-da Çinlə ticarət kəskin azalıb və nəqliyyat bazarı indi “mal nəqliyyatında struktur böhran”la üzləşib.
Vizion data platformasının analizlərinə görə, oktyabr ayında ABŞ-daxili müxtəlif quru nəqliyyat qiymətləri həm keçən aya, həm də keçən ilin eyni dövrünə nəzərən ciddi şəkildə aşağı düşüb. Henderson bildirib: “Bu, mal sektorunda struktur böhrandır. İstehlakçılar fiziki mal alımından uzaqlaşır, mənzil bazarı da durğun vəziyyətdədir.”

