Fars Körfəzindəki adaların rəsmi qeydə alınması; onların mülkiyyəti ilə bağlı əsassız iddialara son
Ölkənin Əmlak və Torpaq Qeydiyyat Təşkilatı, Fars Körfəzində yerləşən və bizim əvəzolunmaz torpağımız olan bu adaların sərhədlərini möhkəmləndirmək məqsədilə, Tanb Böyük, Tanb Kiçik və Əbu Musa adalarının mülkiyyət sənədlərini İslam Respublikasının hökumətinin adına çıxarıb.
Fars Körfəzindəki üç adadan biri olan Tanb Böyük adasının mülkiyyət sənədi, 10 milyon 832 min 250 kvadrat metr sahəni əhatə edir.
Tanb Kiçik adasının mülkiyyət sənədi, 1 milyon 394 min 179 kvadrat metr sahəni əhatə edir və 2023-cü ilin fevral ayında verilmişdir.
Əbu Musa adasının mülkiyyət sənədi, 12 milyon 722 min 683 kvadrat metr sahəni əhatə edir və 2021-ci ilin yanvar ayında İslam Cümhuriyyətinin hökumətinə verilmişdir.
Fərqli Baxış

