Mərvan Bərğutinin azadlığı uğrunda qlobal kampaniya
“The Guardian” qəzeti məlumat yayıb ki, fələstinli məhbus Mərvan Bərğutinin azad edilməsi tələbi ilə qlobal kampaniya başlamışdır.
İngilis qəzeti yazır ki, beynəlxalq səhnədə Bərğutinin azadlığı tələbi ilə bağlı getdikcə artan hərəkətlilik müşahidə olunur. O, fələstinlilər arasında ən görkəmli və populyar liderlərdən biri sayılır və geniş fələstin kütləsi üçün işğal olunmuş ərazilərdə siyasi qanuniliyin bərpası və ümid rəmzi hesab edilir.
Qeyd edək ki, Şarm Əl-Şeyx razılaşması çərçivəsində əsirlərin mübadiləsi zamanı sionist rejimi bu görkəmli fələstinli məhbusun azad edilməsindən imtina etmişdi.
Fərqli Baxış

