Fərqli Baxış xəbər verir ki, sentyabrın 23-də İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei cənabları yerli televiziya ilə Ümmətə və İran xalqına edib. İmam Xamenei cənabları müraciətində bildirib ki, uranın zənginləşdirilməsi sahəsində əldə edilən nailiyyətlər geri dönməzdir və ABŞ-ın təzyiqləri qarşısında İran xalqı boyun əyməyəcək. Elmin bu işlərlə aradan gedəsi olmadığını buyuran İmam Xamenei cənabları davamında bildirib:
“Gəldilər, [İranın uran zənginləşdirmə] təsisatları(nı) filan-filan yerdə bombaladılar. Zənginləşdirmə elmdir və elm məhv edilən deyil, elm bomba ilə, hədələrlə və bu cür vasitələrlə məhv olmur”.
İnqilab Rəhbəri İran xalqının düşmənin ağzından vurduğuna işarə edərək buyurub:
“Amerika deyir ki, ümumiyyətlə uranı zənginləşdirməyin. Bu nə deməkdir? Bu, yəni ölkəmizin bu qədər zəhmət çəkərək ərsəyə gətirdiyi böyük uğurları aradan aparmağınız mənasındadır! İran milləti həmin sözü deyənin ağzının üstündən vurub onun sözünü qəbul etmir”.
Ayətullah Xamenei cənabları İran xalqının təzyiqlərə boyun əyməyəcəyini vurğulayıb:
“Zənginləşdirmə məsələsində təzyiqlərə boyun əymədik və əyməyəcəyik. Hər hansı digər məsələdə də təzyiqlərə boyun əymədik və əyməyəcəyik. Zənginləşdirmə nədir? Uranın zənginləşdirilməsi o deməkdir ki, alimlər xam uranı çox qiymətli bir maddəyə çevirsinlər ki, bu maddə müxtəlif sahələrdə insanlar üçün yararlı olsun; kənd təsərrüfatında, ətraf mühitdə, elektrik enerjisində və s”.
Daha sonra İnqilab Rəhbəri İranın nüvə silahına ehtiyac duymadığını bildirdi:
“Bu gün biz uranın zənginləşdirilməsi sahəsində yüksək səviyyədəyik. Zənginləşdirməni nüvə silahı hazırlamaq istəyən ölkələr 90%-ə qədər yüksəldirlər. Biz isə silaha ehtiyac duymadığımız və nüvə silahına malik olmamaq qərarına gəldiyimiz üçün 60%-ə qədər yüksəltmişik”.
Ayətullah Xamenei aşkar şəkildə nüvə silahı planlaşdırmadığnı açıqladı:
“Dünyada 10 ölkə zənginləşdirmə edə bilir, onlardan biri də İslam Cümhuriyyəti olan İrandır. Digər 9 ölkənin nüvə bombası var. Biz isə nüvə bombasına malik deyilik və olmayacağıq da, nüvə silahından istifadə etməyi planlaşdırmırıq, amma zənginləşdirməyə sahibik”.
O Həzrət Amerika ilə deyilənlərin müzakirə olmadığını, əksinə diktə olduğunu vurğulayaraq qeyd edib:
“Hazırkı vəziyyətdə Amerika hökuməti ilə aparılan danışıqlar milli maraqlarımıza heç bir fayda gətirmir, çünki amerika əvvəlcədən danışıqların nəticəsini müəyyən edib: İranın nüvə zənginləşdirməsini dayandırmaq. Bu müzakirə deyil, diktədir”.
İnqilab Rəhbəri ABŞ-la müzakirənin zərərli olduğunu bildirib:
“Amerika ilə müzakirə böyük zərərlər gətirir. O hədələyib ki, əgər danışıqlar aparmasanız, belə edərik, elə edərik. Belə müzakirələri qəbul etmək İran İslam Cümhuriyyətinin hədələrə boyun əyməyə meylli olduğunu göstərir. Əgər bu hədələrlə müzakirə apardınızsa, demək ki, hər hədəyə qarşı qorxuruq və təslim oluruq mənasındadır”.
Fərqli Baxış

