İran

Ali Məqamlı Rəhbərin bəyanatlarının ingilisdilli media orqanlarında geniş əks olunması

hajiinfo

Ali Məqamlı Rəhbərin bəyanatlarının ingilisdilli media orqanlarında geniş əks olunması

Fərqli baxış xəbər verir ki, Beynəlxalq media orqanları cümə axşamı İmam Xamenei cənablarının bəyanatlarını geniş şəkildə əks etdirərək, Onun çıxışının əsas bəndlərini öz hesabatlarında dərc ediblər.

Fransa Press Xəbər Agentliyi yazır ki, İranın Ali Rəhbəri bildirib: “Tramp administrasiyası İslam Respublikası İranı ilə əlaqə və əməkdaşlığa layiq deyil”. O, İrandan Vaşinqtona mesaj göndərildiyi barədə şayiələri təkzib edib və onları tamamilə yalan adlandırıb.

Breaking News saytı da yazır ki, Ayətullah Xamenei ABŞ-ı İrandan ABŞ hökumətinə dolayı mesajlar göndərildiyi barədə şayiələr yaymaqda ittiham edib və onları tamamilə yalan adlandırıb.

Fransanın Le Monde qəzeti də ingilisdilli saytında Əziz Rəhbərin sözlərini əks etdirərək yazır ki, Ayətullah Xamenei bildirib: “ABŞ və İsrail İrana qarşı 12 günlük müharibə zamanı heç bir məqsədə çata bilmədilər”.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha