Reuters: ABŞ-ın Ukrayna üçün sülh planı Rusiyanın hazırladığı sənəddən götürülüb
Reuters-in bu gün (çərşənbə) üç məlumatlı mənbəyə istinadən yaydığı məlumata görə, keçən həftə açıqlanan və ABŞ-ın dəstəklədiyi 28 maddəlik Ukrayna sülh planı, əslində Rusiyanın hazırladığı və oktyabr ayında Tramp administrasiyasına təqdim etdiyi sənədə əsaslanır.
Mənbələrin sözlərinə görə, Ruslar bu sənədi — Moskvanın müharibəni bitirmək üçün irəli sürdüyü şərtlərin yazıldığı sənədi — oktyabrın ortalarında, Trampın Vaşinqtonda Zelenski ilə görüşündən sonra yüksək vəzifəli amerikalı rəsmilərlə bölüşüblər.
“Qeyri-rəsmi” sayılan bu sənəddə Rusiya daha əvvəl danışıqlarda səsləndirdiyi mövzuları təqdim edib; məsələn, Ukraynanın şərq ərazilərinin əhəmiyyətli bir hissəsinin verilməsi kimi güzəştlər ki, Kiyev bunu rədd etmişdi.
Fərqli Baxış

