Tramp və Şi arasında telefon danışığı: ticarət, Tayvan və Ukrayna müharibəsinin bitməsi
ABŞ mediasının məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu gün (bazar ertəsi) Çin prezidenti Şi Cinpinlə telefon danışığı aparıb və tərəflər ticarət, Tayvan və Ukrayna müharibəsinin dayandırılması mövzularını müzakirə ediblər.
AP yazır ki, danışıq zamanı Si Trampa bildirib: Tayvanın Çinin əsas ərazisinə qayıdışı “müharibədən sonrakı beynəlxalq nizamın mühüm hissəsidir”.
Bu telefon danışığı Yaponiyanın baş naziri Sanae Takaiçinin “əgər Çin Tayvana qarşı addım atsa, Yaponiya ordusu müdaxilə edə bilər” açıqlamasından sonra baş tutub. Si söhbətdə deyib ki, müharibə zamanı birgə vuruşmuş Çin və Amerika “İkinci Dünya Müharibəsinin qalib nəticəsini birgə qorumağa” borcludur.
Fərqli Baxış

