Həmişə suyu oturaraq içməliyikmi?!
İnsanlar arasında yayılmış səhv bir inanc var ki, həmişə oturaraq su içmək lazımdır. Halbuki bu, doğru deyil.
Bu mövzuda bir neçə hədisə işarə edirik:
İmam Sadiq (ə): “Gündüz ayaq üstə su içmək qidanı həzm olunmasını asanlaşdırır, gecə ayaq üstə su içmək isə səfraya səbəb olar.”
Aşağıdaki iki hədis isə göstərir ki, nəinki ayaq üstə su içmək olar hətta faydalıdır da:
Peyğəmbər (s) (Həzrət Əliyə (ə) xitabən): “Ey Əli! Ayaq üstə su iç, çünki bu sənə daha çox güc və sağlamlıq gətirər.”
İmam Baqir (ə): “Ayaq üstə su içmək daha çox güc və sağlamlıq gətirir.”
Deyilənlərə əsasən, gündüz ayaq üstə, gecə isə oturaraq su içmək lazımdır.
Fərqli baxış

