Cozef Aun: Avropanın Livanda sabitliyin qorunmasına iştirakı alqışlanır
Livan prezidenti Cozef Aun ölkədə “YUNIFIL” qüvvələrinin çıxışından sonra sabitliyin qorunmasında Avropanın iştirakını alqışladığını vurğulayıb.
O əlavə edib ki, Avropanın iştirakı Livan ordusu ilə tam koordinasiya ilə olacaq və ilin sonuna qədər ordunun sayı 10 min əsgərə çatdırılacaq.
Aun bildirib ki, orduya hərbi texnika və avtomobillər lazımdır və bu, Livan ordusunu və silahlı qüvvələrini dəstəkləmək konfransı vasitəsilə təmin olunmalıdır. O qeyd edib ki, İsrailin iddialarının əksinə, ordu işini dəqiq və ciddi şəkildə davam etdirir, bütün livanlıların dəstəyini və cənub bölgələrinin sakinlərinin etibarını qazanıb və ordunun səriştəsizliyi barədə yayılan məlumatlar tamamilə yalandır.
Fərqli Baxış

