Sionist hərbçilərin Qəzzədə dinc sakinlərə qarşı qəsdən törədilən cinayətlərə dair dəhşətli etirafları: “Bütün fələstinlilər ölməyə məhkumdur!”
Fərqli baxış xəbər verir ki, Qəzzə müharibəsinin əvvəlindən bəri İsrail ordusunun zabit və hərbçiləri tərəfindən dinc fələstinlilərə qarşı qəsdən törədilən cinayətlər barədə çoxsaylı sənədli etiraflar yayılsa da, “The Guardian” qəzetinin yeni reportajı bu mövzuda daha sarsıdıcı məlumatlar açıqlayıb. “Xətlərin qırılması” adlı sənədli filmdə İsrail ordusunda hüquqi və mənəvi prinsiplərin tam çöküşü təsvir olunur.
Hesabatda bildirilir ki, sionist hərbçilərin etiraflarına görə, dinc sakinlərin qəsdən hədəfə alınması İsrail ordusu komandirləri tərəfindən hərbi qaydalara və beynəlxalq qanunlara məhəl qoyulmadan verilən bir qərar olub.
Fərqli Baxış

