Rusiya: ABŞ nüvə sınaqlarının qadağası ilə bağlı öhdəliklərinə əməl etməlidir
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu RİA Novosti-yə müsahibəsində bildirib ki, Moskva strateji sabitliyi qorumaq üçün əlindən gələni edir.
O qeyd edib ki, Rusiya və ABŞ ən böyük nüvə qüdrətləri kimi qlobal sülh və təhlükəsizliyin qorunması sahəsində xüsusi məsuliyyət daşıyırlar.
Şoyqu əlavə edib ki, NATO-ya üzv Avropa ölkələrinin rəsmiləri Rusiyaya qarşı mürəkkəb təxribat ssenariləri hazırlaya bilərlər — onların bu sahədə kifayət qədər təcrübəsi var. O, Rusiyanın anti-Rusiya təxribat planlarını açıqlayacağını və onların müəllifləri ilə icraçılarının ən sərt şəkildə cəzalandırılmasını tələb edəcəyini bildirib.
Fərqli Baxış

