Məmdani Trampla mübarizəyə başladı
Nyu-York bələdiyyə seçkilərində qələbə qazandıqdan cəmi bir gün sonra Zöhran Məmdani çıxışında Trampı sərt tənqid edərək bildirib: “Nyu-York sakinləri Tramp administrasiyasının avtoritar siyasəti ilə üz-üzədirlər.”
Seçkilərdən əvvəl Tramp Məmdanini “kommunist” adlandıraraq xəbərdarlıq etmişdi ki, o qalib gəlsə, Nyu-Yorka ayrılan federal büdcəni dayandıracaq.
Məmdani isə cavabında xəbərdarlıq edib: “Əgər Tramp hökuməti Nyu-York sakinlərini təqib etməyə cəhd etsə, biz buna qarşı çıxacağıq.”
Fərqli baxış
🔹 Tramp daha əvvəl demişdi ki, əgər Məmdani Nyu-Yorkda miqrantların saxlanmasına mane olarsa, onu həbs etdirəcək.
Fərqli baxış

