Kateqoriyasız

Livan Prezidenti: Hizbullahı güc yolu ilə silahsızlaşdırmaq mümkün deyil

hajiinfo

Livan Prezidenti: Hizbullahı güc yolu ilə silahsızlaşdırmaq mümkün deyil

Beyrutdakı mənbələr Vaşinqtonun Livan rəsmilərinə verdiyi xəbərdarlıq mesajından xəbər veriblər. ABŞ nümayəndəsi Tom Barak bildirib ki, Beyrut Hizbullahın silahları ilə bağlı qəti qərar qəbul etməlidir.

Əl-Əxbər qəzetinin məlumatına görə, Livan Prezidenti Cozef Aun Qərb ölkələrinin Hizbullahın silahsızlaşdırılması tələbinə cavab olaraq deyib ki, belə bir addım «mümkün deyil» və ordu bu missiyanı yerinə yetirə biləcək vəziyyətdə deyil.

Aun xəbərdarlıq edib ki, Hizbullahın silahsızlaşdırılması üçün hər hansı güc tətbiqi daxili müharibənin başlanması demək olacaq.

Livan Prezidenti xarici vasitəçilərə bildirib ki, «Hizbullahın silahını müdafiə etməyə hazır olması siyasi manevr və ya taktika deyil, tamamilə reallıqdır» və heç bir Livan rəsmisi ölkəni daxili münaqişəyə sürükləyəcək qərar qəbul edə bilməz.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha