Daha bir ravvin cinsi təcavüzə görə həbs edildi
Dünya mediası gizlətməyə çalışsa da, sionist ravvinlərin müxtəlif ölkələrdə, xüsusilə də Amerikada törətdikləri cinsi xarakterli cinayətlər son illərdə artmaqda davam edir.
Fərqli Baxış-ın Thenorthstar-a istinadən verdiyi xəbərə görə, Dallas polisi israilli ravvin Yitsak Meir Sabonu “uşağa qarşı cinsi xarakterli hərəkət” ittihamı ilə həbs edib. 43 yaşlı Sabo barəsində “felony indecency with a child (with contact)” maddəsi üzrə cinayət işi açılıb.
İsraildə doğulan və keçmiş İsrail ordusu hərbçisi olan Sabo Dallasdakı Akiba Yavneh Academy məktəbində və 2022-ci ildən isə Tiferet Israel sinaqoqunun dini rəhbəri olub. Hər iki qurum onun fəaliyyətini dayandırıb və istintaqla əməkdaşlıq etdiklərini bəyan edib.
Məktəb rəhbərliyi hadisə barədə ilk məlumatın martın 27-də daxil olduğunu açıqlayıb. Sabo dərhal işdən uzaqlaşdırılıb, məsələ hüquq-mühafizə orqanlarına təqdim olunub. Sonradan bir neçə ailə də oxşar şikayətlərlə çıxış edib.
PS: İndiyə qədər belə hadisələrə şahidlik etməyən Azərbaycanımıza minlərlə sionisti dəvət edən hökumət, “hansısa qüvvələrin” razılığını təmin etmək üçün” Avropa Ravvinlərin Konfrasını Bakıda təşkil etməklə xalqımızı və övladlarımızı risk altına atır.
Fərqli baxış

