Kateqoriyasız

Netanyahu: Qəzzəyə göndəriləcək ölkələrin kimliyini İsrail müəyyən edəcək

hajiinfo

Netanyahu: Qəzzəyə göndəriləcək ölkələrin kimliyini İsrail müəyyən edəcək

Fərqli Baxış-ın Middle East Eye-a istinadən verdiyi xəbərə görə, sionist rejim rəhbəri Benyamin Netanyahu bildirib ki, Qəzzəyə göndərilməsi planlaşdırılan beynəlxalq sülhməramlı qüvvələrə hansı ölkələrin qoşula biləcəyini İsrail özü müəyyən edəcək.

Bu qüvvənin ABŞ Prezidenti Donald Trampın planı çərçivəsində atəşkəs rejimi üçün nəzərdə tutulduğu qeyd olunur. Lakin hazırda ərəb ölkələri və digər dövlətlərin hərbçi göndərməyə razı olub-olmayacağı bəlli deyil. Buna səbəb HƏMAS-ın silahlarını təhvil verməkdən imtina etməsi və İsrailin qüvvənin tərkibi ilə bağlı narahatlığıdır.

Tramp administrasiyası Qəzzəyə ABŞ əsgəri göndərməyəcəyini açıqlasa da, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər, Türkiyə və Azərbaycanla çoxmillətli qüvvəyə qoşulmaq barədə danışıqlar apardığı bildirilir.

Netanyahu deyib: “Biz təhlükəsizliyimizə nəzarəti əlimizdə saxlayırıq. Beynəlxalq qüvvələr məsələsində də kimlərin bizim üçün qəbuledilməz olduğunu biz müəyyən edəcəyik və bu, ABŞ tərəfindən də qəbul olunur.”

O, həmçinin ötən həftə Qəzzədə Türkiyə təhlükəsizlik qüvvələrinin hər hansı rol almasına qarşı olduğunu da vurğulayıb.

PS: Sionist rejimin bu açıqlamasından da göründüyü kimi, Azərbaycan və digər ölkələrin Qəzzə sülh prosesində iştirakı onların Qəzzə xalqını düşünməsi ilə deyil, İsrailin istəyi ilə hərəkət etdiklərini və onların istəyinə görə müsəlman ölkəsinə daxil olmaq istədiklərini göstərir.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha