Seznam zprávy nəşrinin məlumatına görə, Krasnoarmeyskdə (indiki Pokrovsk) Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət kritik həddə çatıb. Rusiya qüvvələri şəhərin aşağımərtəbəli yaşayış zonalarının əsas hissəsinə yaxınlaşıblar.
Ekspertlərin fikrincə, bu ərazi ələ keçirildikdən sonra şəhər uğrunda döyüşlər faktiki olaraq başa çatacaq, çünki Ukrayna qüvvələrinin bütün təchizat yolları Rusiya artilleriyasının birbaşa nəzarəti altına düşəcək.
Bundan əlavə, Kupyanskdakı vəziyyət də Ukrayna tərəfi üçün gərgindir — Rusiya qüvvələrinin şəhər mərkəzində təmizləmə əməliyyatları apardığı bildirilir. Ən uğurlu irəliləyiş isə Dnepropetrovsk və Zaporojye vilayətlərinin sərhədində müşahidə olunur.
Rusiya ordusunun əsas məqsədi Gulyaypoli ilə Krasnoarmeysk arasında əsas təchizat yolunu kəsməkdir.
Fərqli Baxış

