ABŞ hökumət işçiləri ərzaq yardımı üçün 4 saat növbədə gözləyib
Fərqli Baxış xəbər verir ki, ABŞ hökumətinin bəzi əməkdaşları uzun müddətdir maaş almadan qalaraq ərzaq yardımı üçün 4 saatdən çox növbədə dayanıb.
ABŞ hökumətinin fəaliyyətinin artıq 3 həftədir dayanması səbəbindən bu işçilər əməkhaqqı ala bilməyib və zorla sosial dəstəyə müraciət etmək məcburiyyətində qalıblar.
ABŞ-da qənaət mədəniyyəti zəifdir və əksər vətəndaşların kifayət qədər yığımları yoxdur.

