Yasamalda sakinləri narazı salan vəziyyət: “Həyətdə tərpənməyə yer yoxdur”
Yasamal rayonu, Şərifzadə küçəsi 148-156 ünvanında yaşayan sakinlər yaxınlıqdakı obyekt sahiblərinin binanın həyətində avtomobil saxlamasından şikayət edirlər.
Onların sözlərinə görə, artıq burada şəxsi maşınlarını saxlamağa yer qalmayıb. Hətta uşaqlar üçün nəzərdə tutulan oyun meydançası da avtomobillərlə zəbt olunub.
“Həyətdə tərpənməyə yer yoxdur. Burada xaos yaranır. Dəfələrlə maşınımız vurulub, amma kimin etdiyini tapa bilməmişik”, – deyə sakinlərdən biri bildirib.
Obyekt işçilərindən biri isə vəziyyəti belə izah edib: “Burada mal boşaldıb gedirəm. Problem odur ki, hamı məhəllənin içində maşınını saxlayır. Parklanma pullu olsaydı, heç kim küçədə avtomobil saxlamazdı.”
Fərqli baxış

