ABŞ Senat Komitəsi Rusiyaya qarşı üç qanun layihəsini qəbul etməyə hazırlaşır
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi bu gün Rusiyaya təzyiq göstərməyə yönəlmiş üç qanun layihəsini qəbul etməyi planlaşdırır. Bu barədə Axios məlumat yayıb.
Qanunvericilik təşəbbüsləri NATO-nun yeni baş katibinin Vaşinqtona səfəri və Donald Trampla, eləcə də əsas qanunvericilərlə görüşü ilə eyni vaxta təsadüf edir.
Bu, hər iki partiyadan olan senatorlara Moskvaya qarşı addımlar atmaq üçün siyasi impuls qazandıracaq və Konqresin Rusiya ilə bağlı mövqeyinin dəyişməz qaldığını göstərmiş olacaq. ⚖️
Qanun layihələrinin əsas məqamları bunlardır:
1. Rusiya “terrorizmi dəstəkləyən dövlət” kimi tanınacaq – xüsusilə Ukrayna uşaqlarının qanunsuz şəkildə ölkədən çıxarılması ilə əlaqədar;
2. Çinə qarşı sanksiyalar tətbiq ediləcək – Rusiyanın hərbi fəaliyyətlərinə dəstəyə görə
3. ABŞ-da dondurulmuş Rusiya aktivləri hər 90 gündən bir Ukraynaya köçürüləcək – müvafiq vəsaitin təkrar bölgüsü qanunla tənzimlənəcək.
Fərqli baxış

