Dünyadan təcrid edilmiş İsrail komandasına Azərbaycanda qonaqlıq verilib
İsrail rejiminin Qəzzədə törətdiyi soyqırım səbəbilə beynəlxalq futbol arenasından qovulan İsrail futbol komandasına Azərbaycanda şam yeməyi verilib. Bu yeməyə ev sahibliyi edən isə sionist rejimin Azərbaycandakı səfirliyi olub.
Fərqli Baxış “Report”a istinadən bildirir ki, İsrailin Azərbaycandakı səfirliyi amputant futbolçulardan ibarət İsrail yığmasını səfirin iqamətgahında şam yeməyinə dəvət edib.
Sionist rejim səfirliyi “X” platformasında paylaşdığı açıqlamada bildirib ki, komandanın Bakıda keçirilən turnirdəki çıxışına görə onları təbrik edib və qarşıdakı oyunlarda uğurlar arzulayıb.
Fərqli baxış

